İlin əvvəlindən Azərbaycan əhalisinin sayı bu qədər artıb

10:45 - 14.06.2024


14 iyun, Fineko/abc.az. İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0.13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.

ABC.AZ xəbər verir ki, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşmüşdür.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olmuşdur. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.