“Coca-Cola” Rusiyada ticarət nişanlarını yenidən qeydiyyata aldı

11:48 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Rusiya Federasiyasından ayrılan “Coca-Cola” ticarət nişanlarını yenidən qeydiyyata alıb. 

ABC.AZ xəbər verir ki, bu addım şirkətin Rusiya bazarına qayıtmaq planlarından danışa bilər.

"Coca-Cola, Sprite və Fanta markalarını Rusiya bazarından çıxaran “Coca-Cola” şirkəti, aprel ayında Rospatentə eyni adlı ticarət nişanlarının qeydiyyatı üçün üç ərizə verib", - deyə RF “Rospatent” Federal Xidmətinin məlumatında deyilir.