Uçuşları ən çox gecişən aviaşirkətlər - Siyahı

11:49 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Dünyanın ən qeyri-punktual aviaşirkəti Macarıstanın aşağı büdcəli “Wizz Air” aviaşirkəti seçilib.

ABC.AZ xəbər verir ki, bu barədə “The Independent” Britaniyanın Mülki Aviasiya Təşkilatının (CAA) məlumatlarına istinadən yazıb.

2023-cü ildə bu daşıyıcının Böyük Britaniya hava limanları üzərindən uçuşları üçün gecikmələri orta hesabla 31 dəqiqə 36 saniyə olub.

2023-cü ildə dünyanın 10 ən qeyri-punktual hava yolu şirkəti

1. Wizz Air, Macarıstan (orta uçuş gecikməsi 31 dəqiqə 36 saniyə)

2. Türk Hava Yolları, Türkiyə (28 dəqiqə 36 saniyə)

3. Tui, Böyük Britaniya (28 dəqiqə 24 saniyə)

4. Air India, Hindistan (28 dəqiqə 12 saniyə)

5. Pegasus Hava Yolları, Türkiyə (25 dəqiqə 6 saniyə)

6. Air Portugal, Portuqaliya (23 dəqiqə 48 saniyə)

7. Vueling Hava Yolları, İspaniya (23 dəqiqə 6 saniyə)

8. Swiss Airlines, İsveçrə (22 dəqiqə 48 saniyə)

9. Air Canada, Kanada (22 dəqiqə 6 saniyə)

10. British Airways, Böyük Britaniya (21 dəqiqə 36 saniyə)