12:02 - 14.06.2024
14 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.
ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan olunub.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən müəssisənin özəlləşdirilməsi üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 80 yeni iş yerinin yaradılması, istehsalda müasir texnologiyaların tətbiq edilməsi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflərini verməlidir.
Müəssisənin ümumilikdə 689 292 manat öhdəlikləri var.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024