“Azərkosmos” 10 il ərzində “Azerspace 1”-dən 590 mln. manat gəlir əldə edib

14:11 - 14.06.2024


14 iyun, Fineko/abc.az. “Azərkosmos” Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin orbitə buraxılması ilə peyk xidmətlərinin kommersiya fəaliyyətinə başladığı 10 il ərzində 590 milyon manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) publik hüquqi şəxsin 2023-cü ilin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, 2023-cü ildə 45-dən çox ölkənin 200-dək şirkətinə telekommunikasiya, optik peyk və teleport xidmətlərimiz təqdim olunub. Bu xidmətlər sayəsində 48 milyon manat həcmində gəlir əldə edilib.

Xidmətlər üzrə gəlirlilik baxımından böyük pay sahibinə malik ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya, Nigeriya və Pakistan ilk sıralardadır.