“Azərkosmos” “BNP Paribas” banka olan kreditini tam ödəyib

14:19 - 14.06.2024


14 iyun, Fineko/abc.az. 2023-cü maliyyə ili ərzində “Azərkosmos” üçün ən vacib məqamlardan biri də uzunmüddətli dövrdə peyk layihələri ilə bağlı xarici valyutada götürülmüş kredit öhdəliklərinin tam ödəniləsidir.

ABC.AZ xəbər verir ki, “Azərkosmos” “BNP Paribas” bankı qarşısında olan kredit öhdəliklərini yekunlaşdırıb.

Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” (indiki Northrop Grumman Innovation Systems şirkəti) korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq nəticəsində 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib.

2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra olunub.  2023-cü ildə kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb.