Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

14:58 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz artaraq 4812,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3626,0 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 472,3 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 36,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.