Xocavənd rayonunda tender keçirilir

15:02 - 14.06.2024


14 iyun, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 2363.92  manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 02.08.2024 15:00 qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Yusif İbrahimli, [email protected]