Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir

15:18 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının (bundan sonra - Yasaqlıq) fəaliyyəti bərpa edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli, yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməlidir.