İdxal olunan hibrid avtomobillərin sayı artıb

15:35 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Cari ilin beş ayında Azərbaycana 213 milyon 372 min dollar dəyərində 6 min 923 ədəd hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2023-ci iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 87 milyon 797 min dollar və ya 70%, miqdar ifadəsi ilə 1 039 ədəd və ya 18% artıb.

2023-cü ilin 5 ayı ərzində 125 milyon 575 min dollar dəyərində 5 min 884 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilinin orta qiyməti 2024-cü ilin 5 ayına görə  30 min 821 dollar (52 min 395 manat), 2023-ci ilin eyni dövründə isə 21 min 342 dollar (36 min 281 manat) olub. Beləliklə don bir ildə hibrid avtomobilinin 9 min 479 dollar (16 min 114 manat) və ya 44% bahalaşıb.