Çin şist qazının kəşfiyyatında irəliləyiş edib

15:55 - 14.06.2024


14 iyun, Fineko/abc.az. “Sinopec” şirkəti Siçuan əyalətində Kembri dövrünün qatlarında 6 666 metr dərinlikdə quyu qazıb. 

ABC.AZ xəbər verir ki, gündə hasil olunan qazın həcmi burada 3 milyon kubmetrdən çoxdur. 

Şirkət daha bir quyunu 5 850 m dərinliyə qazıb, bu obyektdə gündəlik qaz hasilatı 826 min kubmetr təşkil edib. 
“Sinopec”, Kembri dövrünün təbəqələrindən rekord miqdarda şist qazı əldə etdiyini bildirib. Bu, Çində bu növ yanacağın hasilatını artırmaq üçün böyük əhəmiyyət kəsb edir.   
2022-ci ilin oktyabrında korporasiya ilk dəfə Kembri dövrünün süxurlarında şist qazının uğurlu kəşfiyyatını həyata keçirib. Çin ABŞ və Kanadadan sonra bu növ yanacağın kommersiya inkişafına rəhbərlik edən üçüncü ölkə olub.