Yaponlar adi avtomobilləri idarə edən robot sürücü yaradıblar

16:33 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Robotun başında iki hərəkətli kamera var. Onların köməyi ilə robot ətrafda baş verənlərin yüksək keyfiyyətli görüntüsünü əldə edir.

ABC.AZ xəbər verir ki, əllərin köməyi ilə robot sükan çarxını idarə edə bilər, mühərriki işə salır və dönmə siqnallarını yandıra bilir. İki ayağı ilə qaza və əyləcə basır.

Maşın sürərkən robot piyadanı tanıya və qarşısında əyləc edə bilib. Ancaq hər şey o qədər də asan deyil. Dönməyə adi sürücüdən daha çox vaxt sərf edir və çətinlik çəkirdi.