Cari ildə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

16:36 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2468,4 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, yanvarda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz artıb.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 2213 milyon manat səviyyəsində olub.