Beş ayda findıq ixracı 24 faiz artıb

16:39 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycandan 47 milyon 458 min dollar dəyərində 7 min 739 ton meşə fındığı ixrac olunub.

 Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 179 min dollar və ya 13%, miqdar ifadəsilə 3 min 341 ton və ya 30% artıb.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 54 milyon 638 min dollar dəyərində 11 min 30 ton fındıq ixrac olunmuşdu.

1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin beş ayında 10,42 manata başa gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,04 manat (24%) çoxdur.

Ötən ilin eyni dövründə isə orta ixrac qiyməti 8,38 manata başa gəlib.