Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlanıb

16:52 - 14.06.2024


14 iyun, Fineko/abc.az. İyunun 15-19-u qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar - https://uploads.cbar.az/press-releases/b06e18d16c4faad8ebec62743.pdf

“Azәrpoçt” MMC - https://uploads.cbar.az/press-releases/d2b2423754cf425dc57c8ee52.pdf

Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/8ea67bb2824c1dac25568b9f9.pdf