«Muğanbank»ın kredit portfelinin ötürüldüyü daha bir bank məlum olub

10:20 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Ötən il fəaliyyətini dayandırmış «Muğanbank»ın kredit portfelinin ötürüldüyü daha bir bank məlum olub.

ABC.AZ  xəbər verir ki, bu «Premium Bank»dır.

Bu barədə bankın illik hesabatında bildirilir.

Hesabatda bildirilir ki, 2023-cü ildə «Muğanbank»ın bank lisenziyası ləğv edildikdən sonra bankın 34 milyon 948 min manatlıq ipoteka krediti portfeli «Premium bank»a köçürülüb.

Qeyd edək ki, «Muğanbank» fəaliyyətini dayandırdıqdan sonra onun kredit portfeli bir neçə banklar arasında bölünüb. O cümlədən ipoteka krediti portfelinin 20 milyon manatlıq hissəsi «Bank Respublika»ya keçib.