10:24 - 20.06.2024
20 iyun, Fineko/abc.az. Sığorta ilə bağlı sığortaçıların işlərinin asanlaşdırılması üçün bir sıra vacib işlər həyata keçirilir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, hazırda sığorta bazarının inkişaf etdirilməsi Mərkəzi Bankın əsas strategiyalarından biridir və bununla bağlı bir sırq təşəbbüslər mövcuddur.
"Təşəbbüslər sırasında rəqəmsal həllərin fəaliyyəti də əsas istiqamətlərdəndir. Dayanıqlı maliyyəni tətbiq etmək üçün Mərkəzi Bank tərəfindən yol xəritəsi hazırlanıb. Mərkəzi Bank beynəlxalq maliyyə təşkilatları ilə sığorta sektorunda dayanıqlı maliyyə stabilliyi üçün təcrübə mübadiləsi də həyata keçirir" - deyə T.Kazımov deyib.
Müəllif: Elmir Murad
16 May 2025
16 May 2025
14 May 2025
14 May 2025