İcbari Tibbi Sığorta Fondunun büdcəsi 3 milyard manata çatıb - Sədr

10:39 - 20.06.2024


20 iyun, Fineko/abc.az. İcbari Tibbi Sığorta Fondunun büdcəsi 3 milyard manata çatıb.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, Fondun büdcəsinin artması quruma imkan verir ki, əhalinin əksər hissəsinin yükü azalsın.

"İndi biz bir sıra ciddi əməliyyatları da yavaş-yavaş üzərimizə götürütük. Məsələn, ən böyük xərc tələb edən xəstəliklərdən biri də onkoloji xəstəliklərdi. Biz bununla da bağlı işlər aparırıq və yaxın zamanda bunları da öz üzərimizə götürəcəyik. Biz bu gün görürük ki, əhali tibb məntəqələrinə gələndə sığortasını tələb edir. Bu o deməkdir ki, maarifləndirmə sahəsində də düzgün işlər aparılıb", - deyə Z.Əliyev qeyd edib.

Müəllif: Elmir Murad