Dövlət qoruğu auditor axtarır

10:48 - 20.06.2024


20 iyun, Fineko/abc.az. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi audit xidməti (Muzey Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzi və Tahir Salahovun ev muzeyi üzrə) üçün tender elan edir.

Tenderdə iştirak haqqı 18 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 08.07.2024 18:00  qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Toğrul Əliyev, [email protected]