Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub - Taleh Kazımov

12:16 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxq Sığorta Forumunda bildirib.

O qeyd edib ki, son 3 ildə sığorta sektorunun aktivləri 34,2 %, balans kapitalı isə 7,7 % artıb.

"Bu müdətdə ölkədə sığorta haqları 67,8 % artaraq 1 milyard 222,537 milyon manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587,325 milyon manata çatıb", - deyə o qeyd edib.