Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işləri sürətlə davam etdirilir

12:37 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56 %-ni tamamlanıb.

Bu barədə ABC.AZ "Azərbaycan Dəmir Yolları" QSC məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki,  Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.