12:50 - 20.06.2024
20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, iyunun 20-də keçirilən valyuta hərracında bankların tələbi 88,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 13,4 milyon dollar (17,8%) çoxdur.
İyunun 13-də valyuta hərracında Mərkəzi Bank banklara 75,1 milyon dollar satıb.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025