Azərbaycanda müasir suvarma sisteminə ehtiyac var - Nazir müavini

14:50 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Azərbaycanda müasir suvarma sisteminə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantıda çıxışı zamanı deyib.

O, qeyd edib ki, hökumət irriqasiya sisteminin qurulması üçün ümumilikdə 93 milyon manat məbləğində subsidiyalar şəklində əhəmiyyətli maliyyə dəstəyi göstərib:

"Bu, son beş ildə 38 min hektar ərazinin suvarma sisteminin quraşdırılması üçün təxminən 55 milyon ABŞ dolları deməkdir. Amma bu, kifayət deyil. Biz davam etməliyik və eyni zamanda suya qənaət etmək üçün bütün suvarılan sahələri müasir suvarma sistemi ilə əhatə etməliyik". (Apa)