Qırğızıstan parlamenti Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə dair sazişi təsdiqləyib

15:19 - 20.06.2024


20 iyun, Fineko/abc.az. Qırğızıstan parlamenti yekdilliklə və dərhal üç oxunuşda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşasına dair sazişi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, "Qırğız temir jolu" rəhbəri Azamat Sakiyevin sözlərinə görə, tikinti 6 il davam edəcək. Onun sözlərinə görə, layihənin dəyəri 4,7 milyard dollardır ki, bunun da 50%-ni Çin kredit şəklində ayıracaq, qalan məbləği isə hər bir ölkə birgə müəssisədəki payına əsasən özü ayırmalıdır.

"Gələcəkdə, bəlkə də 30 ildən sonra bu yol "Qırğızıstan temir jolu" İdarəsinə veriləcək", - deyə Sakiyev əlavə edib.

Nazir müavini bildirib ki, qırğızıstanlılar üçün 10 minə yaxın iş yeri yaradılacaq.