"Akkord"un şirkəti podrat müqaviləsinə görə məhkəməyə verildi

17:25 - 20.06.2024


20 iyun, Fineko/abc.az. “Qəbələ İnşaat” MMC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"ı məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia podrat müqavilələrindən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Nərmin Əhmədovanın icraatındadır.