Neft ucuzlaşır, Brent bir barel üçün $85,65 təşkil edir

09:25 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə artımdan sonra cümə günü ticarətdə etalon markalın qiyməti bir qədər aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:23-ə qədər $0,06 (0,07%) azalaraq bir barel üçün $85,65-a düşüb. İyunun 20-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,64 (0,75%) artaraq bir barel üçün $85,71-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin dəyəri saat 09:23-ə qədər $0,04 (0,05%) azalaraq bir barel üçün $81,25-a düşüb. 20 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,80 (0,99%) artaraq bir barel üçün $81,29-a yüksəldi.