İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinat

10:21 - 21.06.2024


21 iyun, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyində rezidentlərə dəstək departamentinin rəhbəri təyin edilib.

ABC.AZ xəbər verir ki, bu vəzifəyə Kamran Rəhimli təyin edilib.

Kamran Rəhimli bundan əvvəl “ABB” və “Parabank”da müxtəlif vəzifələrdə çalışıb.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət idarəçiliyi üzrə həm bakalavr təhsili, həm də Bələdiyyə idarəçiliyi üzrə magistr təhsili alıb.