Yaponiyada inflyasiya bu qədər sürətlənib

10:40 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Yaponiyada istehlak qiymətləri may ayında illik müqayisədə 2.8% artıb, ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin hesabatında deyilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artım tempi apreldəki 2.5%-lə müqayisədə artaraq bu ilin fevralından bəri ən sürətli olub.

Ölkənin mərkəzi bankı tərəfindən izlənilən əsas göstərici olan təzə qida istisna olmaqla qiymətlər apreldə 2.2% artdıqdan sonra keçən ay 2.5% artıb.

Bu, analitiklərin orta proqnozundan aşağıdır, “The Japan Times” yazır.

Qiymət artımının sürətlənməsi, ilk növbədə, əvvəllər ardıcıl on beş ay ərzində ucuzlaşan elektrik enerjisinin maya dəyərinin kəskin artması (14.7%) hesabına baş verib. Ərzaq – 4.1%, geyim – 2.2%, nəqliyyat xidmətləri 2.3% bahalaşıb, təhsil xidmətlərinin qiymətləri isə 1% ucuzlaşıb.