Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara çatıb

11:32 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 1,3 milyard ABŞ dolları və yaxud 1,8 % artaraq 69,7 milyard ABŞ dollarına çatıb. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır.

2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 % təşkil edib.