“Organic” restoranının fəaliyyəti dayandırılıb

11:59 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən “Organic” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

ABC.AZ xəbər verir ki, restoranda elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

– yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

– obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən “Organic” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.