Rusiyanın bu bankı dost ölkələrlə əməkdaşlıq imkanlarını təhlil edir

12:28 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Rusiyanın “Sberbank” bankı dost ölkələrlə əməkdaşlıq imkanlarını təhlil edir və xarici mövcudluğunu artırır, son sanksiyalar buna mane ola bilməz.

ABC.AZ xəbər verir ki, bu barədə bankın rəhbəri Herman Qref səhmdarların illik iclasında bildirib. Eyni zamanda, Sberbank təkcə maliyyə qarşılıqlı fəaliyyətinə deyil, həm də dost ölkələrlə təhsil, səhiyyə, kibertəhlükəsizlik, biometrik, nitqin tanınması texnologiyaları və süni intellektin inkişafında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar axtarır.

"Biz dost ölkələrlə milli valyutalarda hesablaşmalara və qarşılıqlı ticarətə xidmət göstərməyə yönəlmiş əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik", - deyə o bildirib.