Fransa “Total” şirkətini Azərbaycana investisiyaları dayandırmağa çağırır

14:15 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Fransa Senatı “Total” şirkətini Azərbaycana investisiyaları dayandırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda "Azərbaycanın karbohidrogen sektorunda Fransa şirkətlərinin iştirakı ilə yeni layihələrin və ya cari layihələrin yeni mərhələlərinin dayandırılması" çağırışı da var.

Bununla belə, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi bilərəkdən nəzərə alınmır.