Çin 2009-cu ildən inidyədək elektromobil istehsalına 320 milyard dollar sərmayə qoyub

15:02 - 21.06.2024


21 iyun, Fineko/abc.az. 2009-2023-cü illər arasında Çin hökuməti milli elektrik avtomobil sənayesinin yaradılması və inkişafı üçün ən azı 231 milyard dollar xərcləyib.

Bu məlumatlar Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dünən, iyunun 20-də dərc etdiyi araşdırmada yer alıb.

ABC.AZ xəbər verir ki, Çin iqtisadiyyatı və biznes araşdırması bölməsinin rəhbəri Skott Kennedinin sözlərinə görə, bu, həmin dövr ərzində ümumi elektromobil satışlarının təxminən 18.8%-nə bərabərdir.

2023-cü ildə Çin avtomobil istehsalçıları ilk dəfə satışlarda ABŞ-ni geridə qoyub. Tariflərin 100%-ə çatdığı ABŞ-də avtomobil idxalı daha güclüdür. Belə qərarları əsaslandıran səbəblərdən biri Çin hökumətinin yerli şirkətlərə əhəmiyyətli dərəcədə subsidiyalar ayırması olub.