Bakı Fond Birjasında AccessBank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:16 - 21.06.2024


 20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə AccessBank QSC-nin buraxılış həcmi 5,000,000 (beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

AccessBank QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2005004281

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Rəqabətli

İstiqrazın sayı

5000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

5,000,000 manat

İllik gəlirlilik faizi

10%

Ödəmə Periodu

İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir

Tədavül müddəti

18 ay

Ticarətə buraxılma tarixi

28.06.2024

Anderrayter

ABB-İnvest İ.Ş QSC

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.