15:47 - 21.06.2024
21 iyun, Fineko/abc.az. Son aylar Bakıda taksi xidməti göstərən şirkətlərin qiymətləri artırdığı müşahidə olunur.
ABC.AZ xəbər verir ki, bahalaşma son günlər xüsusilə hiss olunur, üstəlik taksi sürücüləri sifariş verilmiş ünvana vaxtında çatmırlar.
Əgər əvvəl taksiyə minmək üçün maksumum 5 dəqiqə gözləmək lazım idisə, hazırda sürücünün sərnişini yoldan götürməsi azı 15-20 dəqiqə çəkir. Üstəlik 2-3 manatlıq yolu indi taksilər 4-5 manatdan aşağı qiymətə getmirlər. Bütün bunlar isə ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsi ərəfəsində baş verir.
Xatırladaq ki, iyulun 1-dən yaşı 8 ildən çox olan minik avtomobillərindən taksi fəaliyyətində istifadə olunmasına icazə verilməyəcək. İyulun 1-nə qədər isə bu icazəni almaq istəyənlərinin maşının yaşı 15 ildən çox olmamalıdır.
16 May 2025
16 May 2025
14 May 2025
14 May 2025