“Oracle” şirkəti İspaniyada AI və bulud hesablamalarına 1 milyard dollardan çox sərmayə qoyur

16:30 - 21.06.2024


21 iyun, Fineko/abc.az. “Oracle” şirkəti, önümüzdəki 10 il ərzində İspaniyada süni intellekt və bulud hesablamalarına 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, şirkət, İspaniyanın maliyyə sektoruna və digər əsas sahələrə davamlılığı artırmağa və Oracle Cloud Infrastructure-un yüksək məhsuldarlığı və daxili təhlükəsizliyindən faydalanmağa kömək etmək niyyətində olduqlarını bildirir.

Bu, “Oracle”ın Madriddəki üçüncü bulud mərkəzi olacaq və şirkət bu layihə çərçivəsində “Telefonica Espana” ilə əməkdaşlıq edəcək.