Mərkəzi Bank 1 milyonluq İT lisenziyaları aldı

16:44 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Mərkəzi Bank “Standart proqram təminatları üzrə lisenziyaların satın alınması” tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Buz Tech” MMC olub.

Qalib şirkətə 1 053 482 manat ödəniləcək.

Qeyd edək ki, “Buz Tech” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 61 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rauf Rəhimov Məzahir oğludur. Hüquqi ünvanı AZ1117, Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, 3-cü küçə, ev 260A ünvanında yerləşir.