Qırğızıstanda Rusiyanın "Mir" kartlarının bərpası məsələsi üzərində işləyirlər

16:51 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Qırğızıstanın müvafiq qurumları Rusiyanın "Mir" ödəniş kartlarına xidmətin bərpa olunması məsələsi üzərində işləyirlər.

ABC.AZ xəbər verir ki, bunu Moskvada MDB İqtisadi Komissiyası yanında iqtisadi məsələlər komissiyasının səlahiyyətli nümayəndəsi, Qırğızıstan nümayəndə heyətinin rəhbəri Ulukbek Karmışakov deyib.

İlk dəfə Qırğızıstan kommersiya banklarının bir hissəsi Qərb dövlətləri tərəfindən sanksiyaların tətbiqi təhlükəsi səbəbindən 2022-ci ilin payızında "Mir" kartlarına xidmətdən imtina etdiyini elan etmişdi. Bu il aprelin 5-dən etibarən respublikanın bankomatlarından nağd pul almaq və ya "Mir" kartları ilə alış-veriş etmək üçün pul ödəmək mümkün olmamışdı, çünki Qırğızıstan Banklararası prosessinq mərkəzi ona qarşı sanksiyaların tətbiq olunmasından qorxduğu üçün bu cür əməliyyatlardan imtina etmək məcburiyyətində qalmışdı.