Britaniya şirkətindən maraqlı addım

17:29 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti (AAM) Azərbaycanda müqavilə sahələrində işlənməmiş qızıl ehtiyatlarını 400 min unsiyadan çox qiymətləndirir.

ABC.AZ xəbər verir ki, bu barədə AAM-nin məlumatında bildirilir.

“Azərbaycanda müqavilə sahələrinin işlənməmiş ehtiyatları 400 min unsiyadan çox qızıl və 700 min tondan çox mis təşkil edir. 2024-2028-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində ardıcıl olaraq 4 yeni mədən – “Gilar”, “Xarxar”, “Qaradağ” və “Zəfər” istismara veriləcək”, – şirkət qeyd edib.

AAM-a görə, şirkət enerji keçidi və “xalis sıfır” karbon emissiyasına nail olmaq üçün kritik metal olan misin 2026-cı ilə qədər əsas istehsal məhsuluna çevriləcəyini gözləyir:

“2028-ci ildən şirkət mis istehsalını ildə təxminən 36 min tona çatdırmağı planlaşdırır”.