Siemens Frankfurt zavodunun genişləndirilməsinə 100 milyon avro yatıracaq

10:58 - 24.06.2024


24 iyun, Fineko/abc.az. Siemens Frankfurtda paylayıcı qurğuların istehsalı ilə məşğul olan zavodun genişləndirilməsinə 100 milyon avro yatırmağı planlaşdırır. Burada orta gərginlikli (40,5 kv-a qədər) Siemens 8DAB 40 və 8DAB 24 paylama qurğuları istehsal ediləcək.

ABC.AZ xəbər verir ki, bu cihazların layihəçiləri elegaz SF6-dan imtina etdilər , vakuum açarları isə təbii qazlardan ibarət olan izolyasiya mühitinə batırdılar. Bu, məhsulu ən innovativ və ekoloji cəhətdən təmiz edir və dünyada tətbiqi artıq yüksək etibarlılıq, istismar  təhlükəsizliyi və kompakt dizayn nümayiş etdirmişdir.