“Tekfen” şirkətinin Gürcüstandakı gəlirləri kəskin artıb

12:18 - 24.06.2024


24 iyun, Fineko/abc.az. SOCAR və Türkiyənin “Tekfen” şirkətinin birgə müəssisəsi olan “AZFEN”nin Gürcüstandakı fəaliyyətindən gəlirləri kəskin artıb.

ABC.AZ xəbər verir ki, birgə müəssisənin bu ölkə üzrə 2023-cü ildəki gəlirləri 10 milyon 422 min manat təşkil edib. Bu da ABŞ valyutası ilə ifadədə cari məzənnə ilə (USD/AZN – 1.7) 6 milyon 131 min dollar deməkdir.

Bu, illik müqayisədə 6 milyon 933 min manat və ya 3 dəfə artım deməkdir.

2022-ci ildə qeydə alınmış rəqəmlərə əsasən Gürcüstandakı işlərindən 3 milyon 488 min manat gəlir əldə etmişdi.

“AZFEN” MMC region üçün emalat və tikinti xidmətlərinin təmini Gürcüstanda emalat, quraşdırma, tikinti, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının təmiri xidmətlərinin təmin edir.