“iPhone” istehsalında çalışanların yarısını avtomat maşınlar əvəz edəcək

17:20 - 25.06.2024


25 iyun, Fineko/abc.az. “Apple” “iPhone” istehsalında çalışan insanların yarısını avtomat maşınlarla əvəz edəcək.

ABC.AZ xəbər verir ki, “iPhone” telefonlarını əsasən “Foxconn” kimi beynəlxalq istehsal müəssisələrində istehsal edən “Apple”, montaj prosesində çalışan işçilərin sayını yarıbayarı azaltmağı planlaşdırır.

Hesabata görə, “Apple” yaxın bir neçə il ərzində əsasən “iPhone” konveyer xətlərində çalışan işçilərin sayını 50%-ə qədər azaltmaq istəyir.

“Apple” üçün istehsalda heç bir fasilə olmaması çox vacibdir.

Şirkət bunu, xüsusən də, COVID-19 səbəbi ilə “Foxconn” istehsal müəssisəsində yaşanan fasilələrdə hiss edib.