Özbəkistanda “Qazprom”un nümayəndəliyi açılıb

18:50 - 25.06.2024


25 iyun, Fineko/abc.az. “Qazprom”  Özbəkistanda öz nümayəndəliyini açıb. Bu barədə Rusiyanın Özbəkistandakı ticarət nümayəndəliyinin mətbuat xidməti məlumat verib.

ABC.AZ xəbər verir ki, ticarət nümayəndəliyi xatırladıb ki, may ayında Özbəkistan Energetika Nazirliyi və "Qazpromneft" şirkəti əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsini qəbul ediblər.

2023-cü ilin iyun ayında Özbəkistan "Qazprom"la iki illik qaz alışı müqaviləsi bağladı, gündə tədarük həcmi 9 milyon kubmetr, illik tədarük həcmi isə təxminən 2,8 milyard kubmetrdir. 

Bu razılaşma ilə tədarüklər 7 oktyabr 2023-cü ildə başladı. Eyni zamanda, "Qazprom" 1 noyabr 2025-ci il tarixinədək “Orta Asiya - Mərkəz” qaz kəməri ilə Mərkəzi Asiya ölkələrinə olduqca böyük həcmdə qaz tədarükünə başlamağı, 2024-cü ilin ortalarında isə Qırğızıstan, Qazaxıstan və Özbəkistanla orta müddətli on beş illik müqavilələr bağlamağı planlaşdırır.