Danimarka dünyada ilk dəfə kənd təsərrüfatına iqlim vergisi tətbiq edəcək

19:52 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Danimarka dünyada kənd təsərrüfatına iqlim vergisi tətbiq edən ilk ölkə ola bilər. 

ABC.AZ xəbər verir ki, 2030-cu ildən etibarən, ölkədəki bütün fermerlər atılan hər ton CO2 ekvivalenti üçün 300 kron (təxminən 43 dollar) ödəməli olacaqlar, 2035-ci ilə qədər isə vergi 2,5 dəfə artaraq ton başına 750 krona çatacaq.

Vergi ilə yanaşı, hakimiyyət yeni texnologiyalara keçidi dəstəkləmək üçün 40 milyard kron ayırmağı planlaşdırır. Vergi və subsidiyaların köməyi ilə hakimiyyət emissiyaları 1,8 milyon ton CO2 azaltmağı gözləyirlər. Əks halda, tənzimləyicilər xəbərdarlıq edirlər ki, 2030-cu ilə qədər kənd təsərrüfatı bütün milli CO2 emissiyalarının 46%-ni təşkil edəcək. 
Maraqlıdır ki, Danimarkanın nümunə götürdüyü Yeni Zelandiya, bu yaxınlarda iqlim vergisi fikrindən imtina etdi. Bunun əvəzinə, emissiyaları azaltmaq üçün texnologiyanın inkişafına güc vermək və bunun üçün 400 milyon Yeni Zelandiya dolları ayırmaq qərarına gəldilər.