IX Beynəlxalq elmi-texniki konfransda Azərbaycandan olan mütəxəssislər də iştirak edəcəklər

11:43 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Iyulun 3-4-də Moskvada “Paylayıcı elektrik şəbəkələrinin etibarlılığının inkişafı və artırılması” IX Beynəlxalq elmi-texniki konfransda Rusiya, ÇXR, Belarus, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 1400-dən çox elektroenergetika üzrə mütəxəssis bir araya gələcək.

ABC.AZ xəbər verir ki, mövcud və yeni istehlakçıların mötəbər enerji təchizatının təmin edilməsi, şəbəkələrdə iş təhlükəsizliyinin artırılması istiqamətləri üzrə bir sıra məsələlərə baxılacaq. Yeni avadanlıq və texnologiyalar məsələləri də müzakirə olunacaq: rəqəmsallaşma hələ də prioritet məsələdir.