14:02 - 28.06.2024
28 iyun, Fineko/abc.az. Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski sığortalanacaq.
ABC.AZ xəbər verir ki, Mərkəzi Banka ünvanlanan sorğuda bildirilib ki, bu, “Əmanətlərin sığortalanması haqqında” qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsində öz əksini tapıb.
“Layihədə kompensasiya hadisəsi, sığortalanan investisiyaların əhatə dairəsi, müvafiq kompensasiya fondunun yaradılması, investisiya şirkətlərinin üzvlüyə qəbul edilməsi, fonda üzvlük haqlarının ödənilməsi və kompensasiyaların verilməsinə dair müddəalar müəyyən edilib. Hazırda layihənin aidiyyəti dövlət qurumları ilə müzakirəsi davam etdirilir və yaxın vaxtlarda tamamlanması gözlənilir”, – AMB qeyd edir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024