Bu ölkənin aviaşirkəti Sleep + xidmətini təqdim edib

16:04 - 28.06.2024


28 iyun, Fineko/abc.az. "Aeroflot" uçuş zamanı yatmaq üçün Sleep+ xidmətini təqdim edib. Xidmət, ekonom sinif salonunda pəncərə yanında üç oturacaqdan və ya mərkəzi cərgədə dörd oturacaqdan ibarət bir bloku satın almağa imkan verir.

ABC.AZ xəbər verir ki, xidmət Airbus A330, Airbus A350, Boeing 777 təyyarələrində bir sıra reyslərdə mövcuddur. Uçuş zamanı sərnişinə döşək, döşəkağı, yastıq və biznes sinif yorğanından ibarət yataq dəsti, həmçinin biznes sinif səyahət dəsti veriləcək.