“Toyota” şirkəti Şanxayda elektrikli avtomobil zavodu tikmək istəyir

16:59 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Yaponiyanın “Toyota” avtomobil istehsalçısı Şanxayda elektrikli avtomobil zavodu tikməyi planlaşdırır. 

ABC.AZ xəbər verir ki, Toyota rəhbərliyi, Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın şəhərdəki analoji güzəştləri, yəni vergi güzəştləri, siyasi dəstək və torpaq qrantlarını almaq üçün Şanxay səlahiyyətliləri ilə danışıqlar aparır. Bundan əlavə, Yaponiya şirkəti yerli vençur kapitalı cəlb etmədən birbaşa obyektə nəzarət etmək imkanı əldə etməyə çalışır.

Məlumata görə, “Toyota” Şanxayda Lexus markası altında elektrikli avtomobillər istehsal etmək istəyir. Ancaq Yaponiya şirkəti ilə şəhər rəhbərliyi arasında danışıqlar hələ bitməyib.