Azərbaycanda əmlakın könüllü sığortası üzrə ödənişlər 30% artıb

12:33 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Azərbaycanda əmlakın könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 70 milyon 645 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 462 min manat və ya 7% çoxdur.

Ötən ilin yanvar-may aylarında bu göstərici 66 milyon 183 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 13 milyon 266 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 35 min manat və ya 30 % çoxdur.

Ötən ilin eyni dövründə 10 milyon 231 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 19% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 15% təşkil edib.