15:41 - 1.07.2024
1 iyul, Fineko/abc.az. “Agro Dairy” MMC-də 2023-cü ildə yüksələn gəlirlərə rəğmən bioloji aktivlər üzrə itkilər hesabına əməliyyatı zərərlə tamamlanıb. Son il üzrə zərər öncəki ildən xeyli fərqlə artıb.
ABC.AZ xəbər verir ki, aqrar şirkət 2023-cü ildə 56.84 mln. manatlıq müqavilələrdən gəlir əldə edib. Bu, 2022-ci ildəki 36.97 mln. manatı 54 faiz üstələyib.
Lakin satışların maya dəyəri hesabat ilində 59.39 mln. manat olub. Şirkət bununla ümumi 2.55 mln. manatlıq zərər yaranmasına məruz qalıb – halbuki, 2022-ci ildə 6.12 mln. manat ümumi mənfəət vardı.
Əlavə olaraq, 11.4 mln. manatlıq bioloji aktivlərin və kənd təsərrüfatı məhsullarının yenidən qiymətləndirilməsi zamanı zərər edib.
Şirkətin əməliyyat zərəri 10.59 mln. manat (2022: 0.29 mln. mənfəət) olub. Şirkətin keçən il əlavə olaraq maliyyə xərclərinin 16.21 mln. manatdan 21.56 mln. manata qalxması xalis zərərin həcminin artımını dəstəkləyib.
Kənar audit “Agro Dairy” MMC-nin 2023-cü il üzrə 32.14 mln. manatlıq xalis zərərini tanıyıb. Məsələn, 2022-ci ildə zərərin həcmi 16.39 mln. manatın altında idi.
16 May 2025
16 May 2025
16 May 2025